http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

24 Aprel 2024 , 15:29
Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Aprelin 24-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev gündəliyə üçüncü oxunuşda olan iki qanun layihəsi - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini deyib.

Qanun layihələri barədə məlumat verən komitə sədri qeyd edib ki, hər iki sənədə təklif olunan dəyişikliklər mahiyyətcə eynidir. Dəyişikliklər Prezident İlham Əliyevin aztəminatlı təbəqələrdən olan və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək siyasətinə uyğun olaraq bu kateqoriyadan olan insanların əhatə dairəsini genişləndirəcək. Komitə sədri deyib ki, müzakirəyə təqdim olunan “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklərdə təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin tam dairəsi müəyyən edilib.

İkinci qanun layihəsində isə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin digər müvafiq qanunlarda da təsbit olunması təklif edilib.

Bəxtiyar Əliyev sənədlərin əvvəlki oxunuşu barədə məlumat verib və layihələrdə heç bir dəyişikliyin aparılmadığını bildirib.

Məsələlərin müzakirəsində Milli Məclisin deputatları Eldar Quliyev, Ceyhun Məmmədov, Pərvin Kərimzadə, İsa Həbibbəyli və Fatma Yıldırım çıxış edərək qanun layihələri ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

OXŞAR XƏBƏRLƏR
Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

XƏBƏR LENTİ
  • 06:37

    "Yurqarden" qələbə qazandı, Musa ehtiyatda qaldı
  • 06:30

    Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
  • Dünən
    22:13

    Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
  • Dünən
    21:55

    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
  • Dünən
    21:50

    Şahdağa qar yağıb, Zərdaba dolu düşüb
  • Dünən
    21:46

    Finlandiya təcili olaraq trotil zavodu tikmək istəyir
Menyu