http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

24 Aprel 2024 , 16:34
“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Fransanın “Le Monde” qəzetində Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə dərc olunub.

"Operativ Media" xəbər verir ki, məqalədə 2023-cu ilin sentyabrında Azərbaycan Ordusu ildırım sürətli hərbi əməliyyatla Qarabağa nəzarəti bütünlüklə ələ aldıqdan sonra mandatı 2025-ci ildə bitəcək Rusiya sülhməramlılarının da buradan çıxarılmasının gündəmə gəldiyi bildirilir. Qeyd edilir ki, 2020-ci ilin noyabr sazişi imzalandıqdan sonra təqribən 2000 nəfərlik Rusiya sülhməramlı kontingentinin burada qalmasına heç bir əsas yox idi.

“Prezident İlham Əliyev Qələbədən sonra regionda getdikcə daha vacib aktora çevrilib. Ukrayna müharibəsi ona diplomatik və iqtisadi planda daha böyük təsir imkanı qazanmağa şərait yaradıb. Azərbaycan bu gün təkcə Rusiyanın deyil, həm də qazla təchiz etdiyi Qərbin çox vacib tərəfdaşıdır”, - deyə məqalədə vurğulanıb.

Qəzet yazır ki, Rusiyadan asılılığı azaltmaq üçün Avropa İttifaqı 2022-ci ilin iyulunda Bakı ilə yeni qaz sazişi imzalayıb. Sazişə görə, Azərbaycan 2027-ci ilədək Avropaya satacağı qazın həcmini ikiqat artırmalıdır.

Məqalədə bir etiraf da diqqəti çəkir. Bildirilir ki, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Qarabağda erməni mədəniyyətinin izlərinin silinməsinə görə cəzalandırılmasını istəyir. Ancaq qəzet Azərbaycanın Fransadakı səfirliyinə istinadla yazır ki, ölkə qanunvericiliyi respublika ərazisindəki, o cümlədən Qarabağdakı bütün dini və mədəni irsi heç bir diskriminasiyaya yol vermədən qoruyur.

OXŞAR XƏBƏRLƏR
Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

XƏBƏR LENTİ
  • Dünən
    22:59

    Si Cinpin: "Müstəqil Fələstin dövləti yaradılmalıdır"
  • Dünən
    22:40

    Türkiyədə 15 avtobus yanaraq külə döndü
  • Dünən
    22:13

    Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
  • Dünən
    21:55

    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
    Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
  • Dünən
    21:50

    Şahdağa qar yağıb, Zərdaba dolu düşüb
  • Dünən
    21:46

    Finlandiya təcili olaraq trotil zavodu tikmək istəyir
  • Dünən
    21:28

    Rəisi: "İsrailə hücum İranın nüfuzunu artırdı"
  • Dünən
    21:04

    Almaniyada futbol matçında iğtişaş baş verib, 155 polis xəsarət alıb
Menyu