http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Səbinə Əliyeva Britaniya səfiri ilə görüşüb

24 Aprel 2024 , 17:26
Səbinə Əliyeva Britaniya səfiri ilə görüşüb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu məlumatlandırıb.

"Operativ Media" xəbər verir ki, Ombudsman səfirlə görüşündə xarici ölkələrin ombudsman və milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O, BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistanın mina terroruna toxunaraq, basdırılmış minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:13

    Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
  • Dünən
    23:45

    Gürcüstan Parlamentinin önündə aksiya keçirilir
  • Dünən
    23:38

    İraqın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
  • Dünən
    23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • Dünən
    23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • Dünən
    23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • Dünən
    22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • Dünən
    22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Menyu