Sadır Japarov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
"Operativ Media" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub
Teqlər:
"Sad\u0131r Japarov Ulu \u00d6nd\u0259r Heyd\u0259r \u018fliyevin m\u0259zar\u0131n\u0131 ziyar\u0259t edib"