http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

COP29-da iştirak edəcək ölkələrin pavilyonlarının təşkili üzrə müraciətlərin qəbulu başlayıb

24 Aprel 2024 , 22:57
COP29-da iştirak edəcək ölkələrin pavilyonlarının təşkili üzrə müraciətlərin qəbulu başlayıb

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlayıb..

"Operativ Media" xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti müvafiq portalı istifadəçilərin ixtiyarına verib.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilib. Ölkələrin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilib. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri əlavə xidmətləri seçməyə imkan verir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Konfransda 197 üzv dövlət və Avropa Birliyi olmaqla - 198 nümayəndə heyəti iştirak edəcək.

Bakı Stadionu COP29 Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy və Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma mərhələsindədir.

OXŞAR XƏBƏRLƏR
HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib

Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib

XƏBƏR LENTİ
  • 23:25

    HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib
  • 23:15

    Hakan Fidan İshak Dar ilə görüşüb
  • 23:01

    Azərbaycan və Qambiya diplomatik pasportlara malik şəxslər üçün viza rejimini ləğv edib
  • 22:57

    Moskvanın şimalında bir nəfər insanlara atəş açıb, 2 nəfər yaralanıb
  • 22:53

    Bu ilin birinci rübündə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
  • 22:46

    Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB
  • 22:18

    Azərbaycan və Pakistan XİN rəhbərləri arasında görüş olub - YENİLƏNİB
  • 22:17

    İƏT-in növbəti sammiti Azərbaycanda keçiriləcək
    İƏT-in növbəti sammiti Azərbaycanda keçiriləcək
Menyu