http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

25 Aprel 2024 , 10:18
Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

"Operativ Media" xəbər verir ki, sənədi Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğız Respublikası tərəfindən Əmək, Sosial Təminat və Miqrasiya naziri Gülnarə Batırova imzalayıb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər sırasında olan Anlaşma Memorandumunun iki dövlət qurumu arasında münasibətlərin ən yüksək səviyyədə inkişafına, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, 2023-cü ilin 22 noyabr tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin Diaspor Məsələlərinə Məsul Qurum Rəhbərlərinin 5-ci iclasında iştirak edib. İclasa ev sahibliyi edən Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərlərinin ikitərəfli görüşü zamanı mədəniyyət və diaspor quruculuğu sahəsində birgə fəaliyyətin, əməkdaşlığın təşkili məqsədilə 2024-cü ildə anlaşma memorandumunun imzalanması mümkün hesab edilib.

OXŞAR XƏBƏRLƏR
Zaxarova: Alyansın keçirdiyi təlimlər NATO-nun Rusiyaya qarşı münaqişə niyyətini göstərir

Zaxarova: Alyansın keçirdiyi təlimlər NATO-nun Rusiyaya qarşı münaqişə niyyətini göstərir

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Laos prezidenti Rusiyaya səfər edəcək

Laos prezidenti Rusiyaya səfər edəcək

XƏBƏR LENTİ
  • 15:06

    DYP "Bakı Marafonu-2024" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
    DYP "Bakı Marafonu-2024" ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • 15:02

    Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
    Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 14:37

    COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirilib
  • 14:17

    Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib
    Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib
  • 14:15

    Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb
    Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb
  • 14:13

    Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
    Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
  • 13:39

    ANAMA İdarə Heyətinin sədri ABŞ-nin Stirlinq Fondunun baş icraçı direktoru ilə görüşüb
  • 13:38

    Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB
Menyu