Menyu

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Nərmin Qocamanlı
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsidir.

"Operativ Media" xəbər verir ki, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov aprelin 25-də Bakıda keçirilən Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında səsləndirib.

Komitə sədri diqqətə çatdırıb ki, hazırda Türk dövlətləri ilə münasibətlər müxtəlif səviyyədə, eyni zamanda, parlament səviyyəsində davam etdirilir. Xalqlar və dövlətlər arasında əlaqələrin möhkəmlənməsində parlamentlərin rolu böyükdür.

“Türk dünyasının gücünü hiss edir, daha da gücləndiririk. Azərbaycanın gücü hər bir Türk dövlətinin gücüdür, hər bir Türk dövlətinin gücü də Azərbaycanın gücüdür”, - deyə Səməd Seyidov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan indiki kimi heç vaxt sülhə bu qədər yaxın olmayıb: “Regionda sülhün bərqərar olması istiqamətində bütün səylər davam etdirilir. Biz artıq bir yerdəyik və daha da güclənəcəyik”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər