Menyu

Rusiya XİN Ermənistanın KTMT-ni tənqid etməsindən təəssüfləndiyini bildirib

Nərmin Qocamanlı
Rusiya XİN Ermənistanın KTMT-ni tənqid etməsindən təəssüfləndiyini bildirib

"Moskva təəssüf edir ki, Ermənistan rəhbərliyi KTMT-ni əsassız olaraq açıq şəkildə tənqid etməkdə davam edir, baxmayaraq ki, təşkilat ölkə qarşısında bütün öhdəliklərinin qorunduğunu təsdiqləyib".

"Operativ Media" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra Britaniya KİV-lərinə müsahibəsində Ermənistan cəmiyyətinin hakimiyyətə verdiyi sualın cavabını bilmədiyini deyib: İrəvan niyə KTMT-nin tərkibində qalır? Paşinyanın sözlərinə görə, Ermənistanın sərhədləri 2021-ci ilin may və noyabrında, 2022-ci ilin sentyabrında pozulan zaman KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizmləri işləməyib.

"Təəssüf edirik ki, Ermənistan hakimiyyəti KTMT-nin ünvanına ictimai tənqidə yol verməkdə davam edir. Söhbət əsassız tənqiddən gedir" , - Zaxarova brifinqdə bildirib.

Teqlər:

"Rusiya X\u0130N Erm\u0259nistan\u0131n KTMT-ni t\u0259nqid etm\u0259sind\u0259n t\u0259\u0259ss\u00fcfl\u0259ndiyini bildirib"

Əlaqəli Xəbərlər