Menyu

Blinken Pekinə səfər edib

Nərmin Qocamanlı
Blinken Pekinə səfər edib
1 dəq oxu

ABŞ dövlət katibi Antoni Blinken Pekinə səfər edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller "X"də bildirib.

"Blinken burada keçən ilin payızında Kaliforniyada götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün davamlı tərəqqinin vacibliyi də daxil olmaqla, bir sıra məsələlər üzrə müzakirələr üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək", - o, qeyd edib.

Əlaqəli Xəbərlər