http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Azərbaycan təhsil sistemində qiymətləndirmə prosesi ləğv olunmalıdır" - EKSPERT

25 Aprel 2024 , 16:00
"Azərbaycan təhsil sistemində qiymətləndirmə prosesi ləğv olunmalıdır" - EKSPERT

"Bizdə şagird məktəbdən gəlir evə, valideyn soruşur ki, bu gün neçə aldın? Valideyn soruşmalıdır ki, bu gün sən nə qazandın, nə öyrəndin?"

Bunu "Operativ Media"ya açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

O deyib ki, bu gün Azərbaycan təhsil sistemində istər məktəbdaxili qiymətləndirmələr, istərsə də imtahan prosedurları kəmiyyət etibarilə orta həddi keçməkdədir:

"Bizdə bu gün təhsilə, tədris prosesinə, şagird-məktəb münasibətlərinə baxış xeyli dəyişməlidir. Buna həddindən artıq böyük ehtiyac var. Dünyanın bəzi ölkələri var ki, orada imtahan və qiymətləndirmə mexanizmləri Azərbaycan tədris sistemindən də sərt şəkildə həyata keçirilir. Amma bu gün dünyanın bir çox ölkələrində artıq təhsilə baxış dəyişib. Xüsusən də buna Skandinav ölkələri - İsveç, Finlandiya, Danimarka aiddir və son illərdə ən nümunəvi tədris sistemləri məhz oradadır. Bizdə indiki testlə qəbul proseduru da, məktəblərdə həyata keçirilən qiymətləndirmə mexanizmləri də artıq köhnəlib. Bu o deməkdir ki, ya bizim təhsilimiz bu gün hələ də sovet dövründəki modundan çıxa bilməyib, ya da çıxıbsa belə, qiymətləndirmə və imtahanı ona uyğun şəkildə təşkil edə bilmir".

Ekspertin sözlərrinə görə, bu gün dünya ölkələri artıq təhsilə tamam başqa prizmadan baxır:

"Azərbaycanda orta ümumtəhsil məktəblərində kiçik və böyük summativ qiymətləndirmələr, universitetlərdə kollekviumlar həddindən artıq çoxdur və bunlara xüsusi diqqət verilir. Ümumiyyətlə, qiymətləndirmə az qala təhsilin bütün canı-ruhu hesab olunur. Xüsusi təhsil keçmiş ölkələrdə buna qəribə baxırlar. Çünki təhsil baxımından irəli gedənlər, yeni təhsil konsepsiyası, yeni təhsil mexanizmi irəli sürən ölkələr artıq qiymətləndirməyə, demək olar ki, fikir vermirlər. Məsələn, İşveçdə şagirdin altıncı sinfə qədər qiymətləri yazılmır. Çünki onlar düşünürlər ki, burada təhsilin əsas məqsədi şagirdin bu gün hansı dərsi danışması yox, özünü necə aparmasıdır. Bizdə şagird məktəbdən gəlir evə, valideyn soruşur ki, bu gün neçə aldın? Valideyn soruşmalıdır ki, bu gün sən nə qazandın, nə öyrəndin? Axı nəyə görə bu günləri bizim təhsil hələ də keçmiş onilliklərin təhsil standartlarını özündə saxlayır? Mən demirəm birdən-birə nəsə olsun, elementar olaraq nələrdənsə başlamaq lazımdır".

Elmin Nurinin fikrincə, ölkə təhsil sistemində qiymətləndirmə prosesi ləğv olunmalıdır:

"Hətta lazım gəlsə, ev tapşırıqları da yığışdırılmalıdır. Heç olmasa ibtidai siniflərdə qiymətləndirmə ləğv olunmalıdır. Qoy şagirdlər arasındakı fərqlər qiymətləndirmə əsasında olmasın, müstəqil olsun. Əgər şagird fizikanı oxumaq istəmirsə, qoy oxumasın. Müəllimin borcu ona fizikanın nəyə yararlı olduğunu başa salmaqdır. Müəllimin borcu ona fizikanın həyatı tətbiqlərini öyrətməkdir. Yaxud riyaziyyat müəllimin borcu şagirdə riyaziyyatın tətbiq metodlarının gələcəkdə ona həyatda nə cür kömək olduğunu öyrətməkdən ibarət olmalıdır. Müəllim məktəbdə öyrədici deyil, istiqamətləndirici funksiyanı həyata keçirməlidir. İndi biz desək ki, məktəblərdə qiymətləndirmə ümumiyyətlə ləğv olunsun, hərə bir söz deyəcək, çünki biz buna hələ hazır deyilik, əksinə indikindən də böyük xaos yaranacaqdır. Bu gün şagird məktəbdə riyaziyyatı ondan daha yaxşı bilən birindən özünü aşağı görməməlidir, psixoloji olaraq onun kölgəsində olan bir fiqur kimi özünü zənn etməməlidir. Əgər bu gün 6-cı sinifdə oxuyan uşaq riyazıiyyatı daha yaxşı oxuyursa, bu onun seçimidir, hörmətlə yanaşırıq. Onu qəhrəmanlaşdırmaq, xüsusi nümunə kimi göstərmək, yerdə qalanlara "bir ona baxın, bir özünüzə baxın" kimi ibarələrlə müraciət etmək olmaz. Əgər başqa bir şagird əsasən yaradıcı istiqamətdə rəsm çəkərək, yaxud peşə təhsili istiqamətində özünü ifadə etməyin gözəlliyini yaşasın".

O qeyd edib ki, bizim təhsilimizdə azad şagird anlayışı yoxdur:

"Valideyn və müəllimin, məktəb rəhbərliyinin diktəsindən azad olan şagird yoxdur. Məktəb ifadəsi uşağın psixologiyasında məcburiyyət deməkdir. Bu günləri səhər durub dərsə gedən uşaqların neçə faizi məktəbə sevinə-sevinə gedir. 1,6 milyon şagirdin heç olmasa, 10 faizi məktəbə həvəslə gedir? Getmir. Çünki bunun kökündə məcburiyyət var. Məktəb mühiti məcbur etməməlidir, seviləsi cığırı göstərməlidir. Məktəb standartlardan çıxa bilmir. İmtahan standartları, qiymətləndirmə standartları - bunlardan xilas olmaq lazımdır. Şagird özünü rahat ifadə etməlidir. Ədəbiyyat dərsini sevmədiyini açıqca bildirməlidir. O deyə bilməlidir ki, müəllim, mən kimya fənninə xüsusi sevgim var. Olar ki, siz mənə şərait yaradasınız mən daha çox təbiət istiqamətlərinə meyillənim? Buna elə ilk növbədə ədəbiyyat müəllimləri dəstək olmalıdır. Bu cür problemlər təhsil sistemimizdə həddindən çoxdur və həll olunmalıdır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

XƏBƏR LENTİ
  • 18:53

    "Zirə" Tovuz səfərindən 3 xalla qayıdır
  • 18:40

    QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb
  • 18:27

    Mirzoyan Macarıstana səfər edəcək
  • 18:15

    Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
  • 18:03

    Qəzza Səhiyyə Nazirliyi: Təxminən 34,7 min nəfər həlak olub
  • 17:51

    Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
  • 17:38

    COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
    COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
  • 17:26

    HƏMAS Qəzzada atəşkəs sazişi bağlamağa hazır olduğunu təsdiqləyib
Menyu