http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR və Dövlət Vergi Xidməti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

25 Aprel 2024 , 17:26
SOCAR və Dövlət Vergi Xidməti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında təlim və inkişaf sahəsi üzrə Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bu barədə "Operativ Media" SOCAR və DVX-nın birgə yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, sənəd hər iki dövlət qurumunun intensiv əməkdaşlıq münasibəti qurmaqla əməkdaşların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təcrübə mübadiləsini nəzərdə tutur. Memorandum tərəflərin birgə və ya SOCAR-a aid müxtəlif mövzularda keçirilməsi nəzərdə tutulan təlim və inkişaf tədbirlərinin DVX-nin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkilini, qurumların əməkdaşlarının qarşılıqlı təlimlərdə iştirakını, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) müvafiq infrastrukturunun DVX tərəfindən istifadəsini və TTSİ təlimlərində DVX əməkdaşlarının müvafiq şərtlərlə iştirakını, elektron təlim materiallarının qarşılıqlı mübadiləsini və digər məsələləri əhatə edir.

Əməkdaşlıq haqqında Memorandumu DVX-nın rəis müavini Samirə Musayeva və SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva imzalayıblar.

Tədbirdə çıxış edən Z. Mustafayeva, S. Musayeva, SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova, DVX İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, DVX rəisinin müşaviri Sərxan Həşimov əməkdaşlıq istiqamətlərinin əhəmiyyətindən danışıb və kommunikasiyanın qurulmasından məmnunluq ifadə ediblər.

Qeyd edək ki, əməkdaşlığın uzun müddət davam etdirilməsi və gələcəkdə insan kapitalının davamlı inkişafı istiqamətində əhatə dairəsinin daha da genişləndirilməsi

OXŞAR XƏBƏRLƏR
Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

Gürcüstan Parlamentinin önündə aksiya keçirilir

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

HƏMAS 33 girovu azad etməyə hazır olduğunu bildirib

Hakan Fidan İshak Dar ilə görüşüb

Hakan Fidan İshak Dar ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:04

    Zaxarova: Baltikyanı ölkələrlə əlaqələr onların addımlarına görə qırılıb
  • 11:44

    Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
    Bakıda arvadını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
  • 11:40

    "Qarabağ" gənc hücumçu ilə müqaviləni uzatdı
  • 11:31

    Cinpin Fransa, Serbiya və Macarıstana dövlət səfərlərinə gedib
  • 11:12

    Bərdədə 3 otaqlı ev yanıb
  • 10:54

    Hakan Fidan iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
  • 10:35

    “Bakı Marafonu 2024” start götürüb
  • 10:19

    Cənubi Koreya ordusu ABŞ-nin kiber təlimlərində iştirak edəcək
Menyu