Menyu

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək

Nərmin Qocamanlı
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək
1 dəq oxu

"Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüşün mümkün tarixini bu barədə razılıq əldə olunan kimi elan edəcək".

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "SputnikARM"a bildirib.

“Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş və qarşılıqlı razılaşdırılmış sənədlərə, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun gələn vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir və dəstəkləyir”, - o qeyd edib.

Əlaqəli Xəbərlər