Menyu

Gələn aydan bəzi tibbi arayışları elektron formada almaq mümkün olacaq

Redaksiya
Gələn aydan bəzi tibbi arayışları elektron formada almaq mümkün olacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan bütün tibb müəssisələrində elektronlaşma və informasiya texnologiyalarının tətbiqi uğurla həyata keçirilir. Bu sahədə aparılan işlərin tərkib hissəsi kimi “İşə qəbul olunanlar üçün”, eləcə də “Sürücülüyə yararlı olmaq barədə” tibb arayışlar elektronlaşdırılıb.

"Operativ Media" xəbər verir ki, mayın 1-dən etibarən hər iki tibbi arayışı elektron formada tibb müəssisələrindən rahat və operativ şəkildə əldə etmək mümkün olacaq.

Artıq Bakı şəhərindəki 14 tibb müəssisəsində, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, o cümlədən 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur qurulub, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlər keçib və prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər