Antoni Blinken gələn həftə İsrailə səfər edəcək
Nərmin Qocamanlı
ABŞ dövlət katibi Antoni Blinkenin aprelin 30-da İsrail ordusunun Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün İsrailə gələcəyi bildirilir.
"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha qurudan mümkün hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək.
Qeyd olunub ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona 7-ci səfəri olacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net