Serbiya prezidenti Aleksandr Vuçiç və Azərbaycan müdafiə sənayesi naziri Mədət Quliyev arasında görüş baş tutub.
"Operativ Media" xəbər verir ki, görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib.
Qeyd edək ki, Serbiya başçısının Bakıya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcəyi və qaz, elektrik enerjisi məsələlərinin müzakirə ediləcəyi gözlənilir