Pakistanın xarici işlər naziri Antoni Blinkenlə görüşüb
Nərmin Qocamanlı
Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari amerikalı həmkarı Antoni Blinkenlə görüşüb.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Zərdari Vaşinqtonda Blinkenlə görüşüb.
Görüş zamanı ikitərəfli münasibətlər və Əfqanıstan da daxil olmaqla regional məsələlər müzakirə edilib, iki nazir münasibətlərin müsbət gedişatından məmnun olduqlarını vurğulayıblar.
Zərdari ABŞ-a daşqından zərər çəkənlərə 97 milyon dollarlıq yardıma görə təşəkkür edib.