Menyu

Hulusi Akar və Zakir Həsənov arasında görüş keçirilib - YENİLƏNİB

Nərmin Qocamanlı
Hulusi Akar və Zakir Həsənov arasında görüş keçirilib - YENİLƏNİB

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.
İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.


Azərbaycan və Türkiyə Respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

13:18

Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov arasında Kayseridə görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, görüş Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin sayca 9-cu üçtərəfli görüşü çərçivəsində baş tutub.

Əlaqəli Xəbərlər