http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Blinkenin Çinə səfərindən sonra 5 bəndlik kompromis açıqlanıb

26 Aprel 2024 , 17:44
Blinkenin Çinə səfərindən sonra 5 bəndlik kompromis açıqlanıb

ABŞ dövlət katibi Antoni Blinkenin Çinə rəsmi səfəri zamanı təmaslarından sonra iki ölkə arasında 5 maddə üzrə razılıq əldə olunub.

"Operativ Media" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, tərəflər 2023-cü ilin noyabrında San-Fransiskoda keçirilən görüşdə ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpinin əldə etdikləri anlaşmaya uyğun olaraq iki ölkə arasında münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər.

Tərəflər yüksək səviyyəli danışıqların və bütün səviyyələrdə təmasların davam etdirilməsinə razılıq verərək, yenidən işə salınmış və yeni yaradılmış diplomatik, iqtisadi, maliyyə və kommersiya məsləhətləşmə mexanizmlərini, iki ölkənin hərbçiləri arasında əlaqəni, birgə işgüzar fəaliyyətini davam etdirəcəklərini bildiriblər.

Tərəflər Çin-ABŞ Hökumətlərarası Süni İntellekt Dialoqunun ilk iclasını, Çin-ABŞ Asiya-Sakit Okean Məsləhətləşmələrinin, Dəniz Məsləhətləşmələrinin və Konsulluq Məsləhətlərinin yeni raundlarını keçirəcəklərini və Çin-ABŞ ikitərəfli münasibətlərində rəhbər prinsiplər üzrə məsləhətləşmələri təşviq edəcəklərini açıqlayıblar.

ABŞ tərəfi Çinin yeni təyin olunmuş İqlim Dəyişikliyi üzrə Xüsusi Nümayəndəsi Liu Jinmin-in səfərini alqışlayacaqlarını bildirsə də, tərəflər Narkotiklərlə Mübarizə İşçi Qrupunun yüksək səviyyəli iclasını keçirəcəklərini qeyd ediblər.

Tərəflər xalqlar arasında qarşılıqlı əlaqələri genişləndirmək üçün addımlar atacaqlarını, iki ölkənin bir-birindən tələbələri qəbul edəcəyini və may ayında Çinin Sian şəhərində 14-cü ABŞ-Çin Yüksək Səviyyəli Turizm Dialoqu görüşünü keçirəcəklərini açıqlayıblar. .

Beynəlxalq və regional böhranlarla bağlı məsləhətləşmələri davam etdirəcəklərini bildirən tərəflər xüsusi nümayəndələri arasında dialoqu gücləndirəcəklərini bəyan ediblər.

OXŞAR XƏBƏRLƏR
Fransa səfiri Rusiya XİN-nə çağırılıb

Fransa səfiri Rusiya XİN-nə çağırılıb

Türkiyə və Qətər XİN başçıları danışıqlar aparıb

Türkiyə və Qətər XİN başçıları danışıqlar aparıb

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün çağırıb

Almaniya Rusiyadakı səfirini məsləhətləşmələr üçün çağırıb

XƏBƏR LENTİ
  • 16:06

    Fransa səfiri Rusiya XİN-nə çağırılıb
  • 16:02

    “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb
  • 15:58

    “Azəristiliktəchizat” auditor seçir
  • 15:46

    Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşdi
  • 15:45

    Türkiyədə yol qəzasında 8 nəfər ölüb, 11 nəfər yaralanıb
  • 15:41

    Kilyan Mbappe Useyn Boltla yarışmağı qəbul edib
  • 15:34

    Türkiyə və Qətər XİN başçıları danışıqlar aparıb
  • 15:29

    Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb
Menyu