Menyu

Rusiyanın Londondakı səfiri İngiltərə XİN-ə çağırılıb

Nərmin Qocamanlı
Rusiyanın Londondakı səfiri İngiltərə XİN-ə çağırılıb


İngiltərə Rusiyanın Londondakı səfiri Andrey Kelini ölkə ərazisində düşmənçilik fəaliyyətini əsas gətirərək Xarici İşlər Nazirliyinə çağırıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İngiltərə XİN bəyanat yayıb. 

"Birləşmiş Krallıq Rusiyanın Böyük Britaniya ərazisində düşmənçilik fəaliyyəti həyata keçirdiyinə dair iddialardan, habelə Rusiyanın başqa bir suveren dövlətin ərazisində bu cür fəaliyyətlərə sponsorluq etdiyi bildirilən davranışlardan narahatdır", - bəyanatda deyilib.

Həmçinin, səfir Kelinin sözügedən fəaliyyətlər çərçivəsində Xarici İşlər Nazirliyinə çağırıldığı və bu fəaliyyətlərin dərhal dayandırılması lazım olduğu bildirilib.

Bəyanatda Rusiyadan qaynaqlanan təhdidlərə qarşı müttəfiqlərlə əməkdaşlığın davam etdiriləcəyi qeyd edilib.

​​​​

Teqlər:

"Rusiyan\u0131n Londondak\u0131 s\u0259firi \u0130ngilt\u0259r\u0259 X\u0130N-\u0259 \u00e7a\u011f\u0131r\u0131l\u0131b"

Əlaqəli Xəbərlər