Bukingem Sarayı III. Çarlzın vəzifəyə qayıdacağını açıqlayıb
Nərmin Qocamanlı
İngiltərə kralı III. Çarlz xərçəngdən müalicə olunduqdan sonra tezliklə dövlət işlərinə qayıdacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında deyilir.
"Əlahəzrət Kral son xərçəng diaqnozundan sonra müalicə və sağalma müddəti başa çatdıqda tezliklə ictimaiyyətin qarşısına çıxacaq", - Bukingem Sarayının bəyanatında deyilib.
Bu əlamətdar hadisəni qeyd etmək üçün III. Çarlz və həyat yoldaşı Kraliça Kamilla aprelin 30-da işçilərlə və xəstələrlə görüşmək üçün xərçəng müalicəsi mərkəzinə baş çəkəcək.
"Bu səfər Əlahəzrətin yaxın həftələrdə iştirak edəcəyi bir sıra xarici tədbirlərdən (kral iqamətgahından kənarda) birinci olacaq", - 75 yaşlı monarxın ofisindən bildiriblər.
Teqlər:
"Bukingem Saray\u0131 III. \u00c7arlz\u0131n v\u0259zif\u0259y\u0259 qay\u0131daca\u011f\u0131n\u0131 a\u00e7\u0131qlay\u0131b"