21 Dekabr 2022, 14:51
İsveç XİN başçısı sabah Çavuşoğlu ilə NATO-ya üzvlük prosesini müzakirə edəcək

İsveçin xarici işlər naziri Tobias Billström sabah Türkiyəyə səfər edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Billström arasında sabah keçiriləcək görüşlərdə Türkiyə ilə İsveç arasında ikitərəfli əlaqələr müzakirə olunacaq .
Digər tərəfdən, sözügedən danışıqlar zamanı İsveçin öhdəsinə götürəcəyi Avropa İttifaqının (Aİ) Dövr Sədrliyi çərçivəsində Türkiyə-Avropa İttifaqı münasibətləri, İsveçin NATO-ya üzvlük prosesi və regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur