Qazaxıstan XİN: Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycan və Ermənistan arasında aparılacaq
Nərmin Qocamanlı
Almatıda keçiriləcək danışıqlar sırf olaraq Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.
"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib.
XİN rəsmisi bildirib ki, Qazaxıstan xoşməramlı xidmətlər, yəni danışıqlar üçün platforma təqdim edəcək.
“Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim ərazimizdə imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq”, - o qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma