Ukraynanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiti Yuriy Husyev ilə görüşüb.
Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfir ilk öncə etimadnaməsinin surətlərini təqdim edib.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfirə ölkəmizdəki fəaliyyəti müddətində uğurlar arzulanıb.
Teqlər:
"Ukraynan\u0131n yeni s\u0259firi etimadnam\u0259sinin sur\u0259tini Az\u0259rbaycan X\u0130N-\u0259 t\u0259qdim edib"