Menyu

Bayden Misir prezidenti və Qətər əmiri ilə müzakirələr edib

Nərmin Qocamanlı
Bayden Misir prezidenti və Qətər əmiri ilə müzakirələr edib

ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah Əs-Sisi və Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə Qəzzada atəşkəs məsələsini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Bayden Misir prezidenti və Qətər əmiri ilə ayrı-ayrılıqda telefonla danışıb.

Hər iki görüşdə Bayden hazırda müzakirə olunan və Misir və Qətərin iştirak etdiyi atəşkəs danışıqları ilə bağlı prosesi hərtərəfli müzakirə edib, Sisi və Şeyx Təmimə bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib.

 

Teqlər:

"Bayden Misir prezidenti v\u0259 Q\u0259t\u0259r \u0259miri il\u0259 m\u00fczakir\u0259l\u0259r edib"

Əlaqəli Xəbərlər