Menyu

Qazaxıstanda kütləvi iğtişaşlara görə Daxili İşlər Nazirliyinin sabiq rəhbəri saxlanılıb

Nərmin Qocamanlı
Qazaxıstanda kütləvi iğtişaşlara görə Daxili İşlər Nazirliyinin sabiq rəhbəri saxlanılıb
1 dəq oxu

Qazaxıstanda Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayev saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb .

Məlumata görə, Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Erlan Turqumbayev 2022-ci il yanvarın əvvəlində baş vermiş kütləvi iğtişaşlar zamanı ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Bildirilir ki, cinayət işində dövlət sirri təşkil edən məlumatlar var, ona görə də ibtidai istintaqın məlumatları açıqlanmır.

Əlaqəli Xəbərlər