Menyu

Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Britaniyaya səfərə gedib

Nərmin Qocamanlı
Moldova Xarici İşlər Nazirliyinin rəhbəri Böyük Britaniyaya səfərə gedib

Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mixay Popsoi Böyük Britaniyaya rəsmi səfərə gedib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Baş nazirin müavini və xarici işlər naziri Mihai Popsoi aprelin 30-dan mayın 1-dək Böyük Britaniyada rəsmi səfərdə olacaq. Londonda baş nazirin müavini Böyük Britaniyanın xarici işlər naziri David Cameron və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirəcək.

Bundan başqa, Moldova-Böyük Britaniya Strateji Dialoqunun üçüncü iclası keçiriləcək. İclasda Moldova dövlət katibi Karolin Perebinosun rəhbərlik etdiyi Moldova nümayəndə heyəti iştirak edəcək. Böyük Britaniya nümayəndə heyətinə Avropa məsələləri üzrə nazir Nüsrət Qani rəhbərlik edəcək.

Teqlər:

"Moldova Xarici \u0130\u015fl\u0259r Nazirliyinin r\u0259hb\u0259ri B\u00f6y\u00fck Britaniyaya s\u0259f\u0259r\u0259 gedib"

Əlaqəli Xəbərlər