Türkiyə prezidentinin köməkçisi Özbəkistana səfər edəcək
Nərmin Qocamanlı
Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz rəsmi görüşlər keçirmək üçün Özbəkistana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, onun Özbəkistana səfəri iki gün davam edəcək. Səfər çərçivəsində Cevdet Yılmaz Özbəkistan prezidenti Şavkət Mirziyoyev ilə görüşəcək.
O, həmçiin Özbəkistan Ali Məclisinin Senat sədri Tənzilə Narbayeva, Özbəkistanın Baş nazirinin müavini Cemşit Kuçkarovla da ayrıca görüşəcək. İkitərəfli danışıqlardan sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Cevdet Yılmaz 'Türkiyə İş Dünyası Buluşması' proqramında iş dünyası nümayəndələri ilə görüşəcək.
Səfərinin ikinci günü o, Daşkənddə keçiriləcək “Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu”nun açılışında iştirak edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net