Rusiya və Tacikistan XİN rəhbərləri arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddin ilə telefon danışığında Rusiya xidmətlərinin Tacikistan vətəndaşlarına da təsir edən hərəkətlərinin səbəblərini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, görüş barədə Rusiya nazirliyinin saytında məlumat dərc olunub.
Bildirilib ki, Rusiyaya gələn əcnəbilər üzərində aparılan kompleks yoxlamalar terrorizmin qarşısının alınması ilə bağlıdır və müvəqqəti xarakter daşıyır. "Crocus City Hall"a edilən terror hücumundan sonra bunları artırmaq lazım idi. Lavrov nəzarətin heç bir millətə və ya dinə yönəlmədiyini, hüquq-mühafizə qüvvələrinin hamı üçün bərabər işlədiyini vurğulayıb.
Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər Rusiya-Tacikistan münasibətlərinə diqqətlə yanaşmağın zəruriliyi barədə razılığa gəliblər.
Teqlər:
"Rusiya v\u0259 Tacikistan X\u0130N r\u0259hb\u0259rl\u0259ri aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"