http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib

30 Aprel 2024 , 21:09
Ukrayna Ali Radasının sədr müavini ilə ANAMA-da görüş keçirilib

Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

"Operativ Media" xəbər verir ki, B.Məmmədov qonaqları salamlayaraq, Agentliyin yaradılması, fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, mina qurbanları, minaların işğaldan azad edilmiş ərazilərdə icra edilən bərpa-quruculuq işlərinə yaratdığı çətinliklər, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə məlumat verib, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin “Böyük Qayıdış” proqramının əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk təqdim edilən məlumata görə təşəkkür edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması istiqamətində görülən fəaliyyətin təqdirəlayiq olduğunu bildirib. Ukrayna ərazilərinin minalarla yüksək səviyyədə çirkləndiyini nəzərə alaraq, Agentliklə humanitar minatəmizləmə sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüş zamanı, sahə üzrə qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib

Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

ADY sədri Çində Azərbaycanın Orta Dəhlizdəki rolundan danışıb - FOTO

ADY sədri Çində Azərbaycanın Orta Dəhlizdəki rolundan danışıb - FOTO

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    İtalyan baş məşqçi karyerasını bitirdi
  • Dünən
    23:24

    MAQATE rəhbəri mayın 28-də Kalininqrada səfər edəcək
  • Dünən
    23:19

    "Çelsi" baş məşqçini göndərdi
  • Dünən
    23:03

    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
    Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - YENİLƏNİB
  • Dünən
    22:49

    Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən
    22:35

    Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir
  • Dünən
    22:20

    ABŞ İsrailin AP jurnalistlərinin avadanlıqlarını ələ keçirməsindən narahatdır
  • Dünən
    21:53

    Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
Menyu