Azərbaycan və Ermənistan tərəfləri Almatıda keçiriləcək danışıqlarda iştirak edəcəklərini təsdiqləyiblər
İrəvan və Bakı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda keçirilən görüşündə iştirak edəcəklərini təsdiqləyiblər.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Almatıda baş tutacaq", - deyə Smadiyarov bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün yaradılmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net