Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq
Əziz Əzizli
"Biz bu bölgədə sülhün mümkün olduğuna inanırıq və bu istiqamətdə işləməyə davam edəcəyik”.
"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəng etməsi ilə bağlı suala cavabında deyib.
O qeyd edib ki, bu məsələ ilə Blinken şəxsən məşğul olur: “Blinken dövlət katibi olduğu müddətdə müəyyən intervalla hər iki ölkənin dövlət başçıları ilə ünsiyyətdədir. Bizim tərəflərlə təmaslarımız davam edir”.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma