Menyu

İlham Əliyev: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Nərmin Qocamanlı
İlham Əliyev: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik. Biz çoxtərəflilik dəyərlərini 2019-cu ildən bu ilin əvvəlinə qədər Qoşulmama Hərəkatında təşviq etmişik.

"Operativ Media" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə onun təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradıldığını xatırladaraq bildirib: “Əminəm ki, Qoşulmama Hərəkatının təsisatlanması gələcəkdə də davam edəcək”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər