Menyu

Blinken İsrail prezidenti Hersoqla görüşüb

Nərmin Qocamanlı
Blinken İsrail prezidenti Hersoqla görüşüb

ABŞ dövlət katibi Antoni Blinken Tel-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu, Blinkenin oktyabrın 7-də Qəzzaya hücumlar başlayandan bəri İsrailə 7-ci dəfə gəlişidir.

"Qəzzadakı girovların ən qısa zamanda geri qaytarılmasını arzu edirik. Bu, beynəlxalq ictimaiyyətin əsas prioritetidir və olmalıdır. Düşünürəm ki, girovların azad edilməsinin əsas prioritet olduğuna dair beynəlxalq ictimaiyyətin yekdil fikri olmalıdır", - Hersoq görüşün əvvəlindəki çıxışında bildirib.

Blinken girovların evlərinə qayıtmasına imkan verəcək atəşkəs razılaşmasını dərhal əldə etməkdə qərarlı olduğunu deyib:

"Masada bir təklif var, dediyimiz kimi, gecikmələr və bəhanələr olmamalıdır. Girovların öz ailələrinə qaytarılmasının vaxtıdır, hətta artıq gecdir”, deyə Blinken qeyd edib.

Blinken, atəşkəslə yanaşı, Qəzzadakı insanlara və ehtiyac duyduqları yardıma diqqət yetirməli olduqlarını vurğulayıb.

Teqlər:

"Blinken \u0130srail prezidenti Hersoqla g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər