Menyu

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.

"Operativ Media" xəbər verir ki, görüşdə qlobal səviyyədə çox aktual mövzuların müzakirəsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi vurğulanıb.

Bu tədbirdə bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi Foruma dünya səviyyəsində marağın göstəricisi kimi qiymətləndirilib.

Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı COP29-un Azərbaycanda keçirilməsi və bununla bağlı ölkəmizin BMT ilə sıx əməkdaşlıq etdiyi vurğulanıb.

***

16:52

Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib.

"Operativ Media" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də BMT Baş katibinin Sülhməramlı Əməliyyatlar Departamentində qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev BMT Ba\u015f katibinin k\u00f6m\u0259k\u00e7isini q\u0259bul edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər