Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunub
Nərmin Qocamanlı
Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib.
"Operativ Media" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təqvimə GDT Hib HepB İPV (Heksavaksin) peyvəndi əlavə olunub.
Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma