http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İcma ABŞ Dövlət Departamentini Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır

02 May 2024 , 10:46
İcma ABŞ Dövlət Departamentini Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır

Amerika Birləşmiş Ştatlarının Dini Azadlıq Komissiyası adlı dövlət qurumu bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. 
Hesabatda Azərbaycana dair hissə tamamilə qeyri-obyektiv və əsassızdır. Hesabatda Azərbaycan ilə bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur. 
Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar. 
ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, komissiya, ümumiyyətlə Ermənistanı izləmir və bu ölkə haqqında hesabat dərc etmir. Belə çıxır ki, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.
Qərbi Azərbaycan İcması həmin hesabatı rədd edir və ABŞ Dövlət Departamentini və Konqresini mənasız vasitələrlə Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır. İcma ABŞ hökumətindən dini azadlıq sahəsində real problemlə - Ermənistanda dağıdılmış Azərbaycan dini irsi məsələsi ilə məşğul olmağı,  Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərməyi tələb edir. 

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb  - YENİLƏNİB

Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 08:40

    Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB
  • 08:36

    Vüsal İsgəndərlili "Boluspor" Türkiyə Super Liqasına yüksələ bilmədi
  • 08:26

    Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb
  • 08:20

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
Menyu