"Zəngəzur dəhlizinin reallaşdırılması türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini şərləndirəcəkdir" - Tahir Budaqov
Nərmin Qocamanlı
"Zəngəzur dəhlizinin reallaşdırılması türk dövlətlərinin yeni çox tərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini şərləndirəcəkdir".
"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu”nda Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
"Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən türk dünyasında geosiyası fəallığın artmasına təkan verərək türk dilli ölkələr coğrafiyasında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığa yönəlməklə yanaşı uzun müddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır", - o, qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma