http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İyunun 15-də Şuşada beynəlxalq konfrans keçiriləcək

02 May 2024 , 11:09
İyunun 15-də Şuşada beynəlxalq konfrans keçiriləcək

Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələsi Yeni Azərbaycan Partiyasının (YAP)  diqqət mərkəzindədir. 

"Operativ Media" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu”nda Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O, qeyd edib ki, YAP qardaş xalqların, dost ölkələrin siyasi partiyaları ilə iş birliyinin genişləndirilməsi üçün məqsədyönlü addımlar atmaqdadır. 

"2021-ci il iyunun 2-də YAP ilə Türkiyənin hakim Ədalət və İnkişaf partiyası arasında imzalanmış əməkdaşlıq protokolundan irəli gələrək ikitərəfli münasibətlərin inkişafına xidmət edən sistemli fəaliyyətimizi uğurla davam etdiririk. 

Bu əməkdaşlığın bariz nümunələrindən biri 2022-ci ildən başlayaraq hər il Şuşa şəhərində keçirilən "Şuşa Bəyannaməsi"nin il dönümü və Milli Qurtuluş Gününə həsr olunmuş beynəlxalq konfransın keçirilməsidir.

Bu il də iyunun 15-də Şuşa şəhərində "Türk Dövlətləri Təşkilatı geosiyasi reallıqlar və qolbal kataklizimlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub".

OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb  - YENİLƏNİB

Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 09:00

    "Çelsi" Palmeyrasın 17 yaşlı futbolçusunu transfer etmək istəyir
  • 08:40

    Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə müzakirələr aparıb - YENİLƏNİB
  • 08:36

    Vüsal İsgəndərlili "Boluspor" Türkiyə Super Liqasına yüksələ bilmədi
  • 08:26

    Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb
  • 08:20

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
Menyu