http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AQTA qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlayıb

02 May 2024 , 14:57
AQTA qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəhərlənmələrinə dair yeni videoçarx hazırlanıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, videoçarxda qida mənşəli xəstəliklərin dünya miqyasında insan sağlamlığı üçün əsas problemlərdən biri hesab edildiyi qeyd olunub. Bildirilib ki, bu xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və ya kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakı nəticəsində meydana gəlir. Qida məhsullarının gigiyena qaydalarına riayət edilmədən hazırlanması, bişirilməsi və daha sonra bu məhsulların istehlak olunması qida zəhərlənmələrinin əsas səbəbi hesab edilir.

Videoçarxda, həmçinin qida mənşəli xəstəliklərin qarşısının alınması üçün hər bir şəxsin riayət etməli olduğu əsas prinsipləri ehtiva edən və  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən olunan 5 Qızıl Qayda barədə ətraflı məlumat verilib. Bildirilib ki, qida zəncirinin bütün mərhələlərində təmizliyə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir. Eyni zamanda vurğulanıb ki, AQTA müvafiq dövlət qurumları ilə birgə əhali arasında baş vermiş qida zəhərlənmələrinin araşdırılması, habelə qida zəhərlənməsi hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Qeyd edək ki, sahibkarlıq subyektləri və istehlakçılar bu videoçarx vasitəsilə qida zəhərlənmələri və belə halların baş verməməsi üçün zəruri olan məsələlər barədə ətraflı məlumat əldə edə biləcəklər.

AQTA tərəfindən hazırlanan qida zəhərlənmələrinə dair yeni videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

OXŞAR XƏBƏRLƏR
Axtarışda olan qadın saxlanılıb

Axtarışda olan qadın saxlanılıb

AzTV auditor seçir

AzTV auditor seçir

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb

XƏBƏR LENTİ
  • Dünən
    23:14

    Ramil Şeydayevli "Kocaelispor" Super Liqa şansını itirdi
  • Dünən
    23:03

    Çinin BMT-dəki missiyası: İraqın suverenliyinə bütün ölkələr hörmət etməlidir
  • Dünən
    22:48

    Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
  • Dünən
    22:36

    Roma Papası gələn il Türkiyəyə səfər edə bilər
  • Dünən
    22:22

    Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB
  • Dünən
    22:14

    Ərəb ölkələri Suriyaya qarşı birtərəfli məhdudiyyətləri aradan qaldırmağa çağırıb
  • Dünən
    21:59

    Mask: ABŞ İran, Çin, Şimali Koreyanın Rusiyanın ətrafında birləşməsinə səbəb olur
  • Dünən
    21:44

    Nigeriyada məsciddə partlayış olub, 11 nəfər həyatını itirib
Menyu