Menyu

Polşa Aİ-də sədrliyinin əhəmiyyətini vurğulamaq üçün iki sammit keçirməyi planlaşdırır

Nərmin Qocamanlı
Polşa Aİ-də sədrliyinin əhəmiyyətini vurğulamaq üçün iki sammit keçirməyi planlaşdırır
1 dəq oxu

Polşa prezidenti Andjey Duda Polşanın Avropa İttifaqı Şurasına sədrliyinin siyasi əhəmiyyətini vurğulamaq üçün bu ölkədə iki Avropa sammiti keçirməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu Polşa dövləti başçısının ofisinin nümayəndəsi Voytsex Kolarski məlumat verib.

O bildirib ki, prezident baş nazirə Aİ-də sədrliyimizin siyasi əhəmiyyətini vurğulamaq üçün iki Avropa sammitinin keçirilməsi ilə bağlı rəsmi məktub göndərib.

Bu məlumata görə, sammitlərdən biri Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərə, ikincisi isə Ukraynanın bərpasına və onun Aİ-yə qəbuluna həsr olunacaq.

 

Əlaqəli Xəbərlər