Rusiyadan "Patriot" sistemləri ilə bağlı açıqlama: ABŞ Ukrayna müharibəsində birbaşa iştirak edir
Operativ Media
"Rusiyanın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin tədarükünü ABŞ-ın bu münaqişədə birbaşa iştirakına doğru addım hesab etməyə tam haqqı var".
"Operativ Media" xəbər verir ki, bunu Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib.
"Hər halda, ABŞ prezidentinin müdafiə silahları haqqında nə deməsindən asılı olmayaraq, bizim bu çatdırılmanı Amerikanın birbaşa olaraq bu münaqişəyə cəlb etmək üçün daha bir mühüm addım hesab etməyə tam haqqımız var. Bu addımların hara dönəcəyini yoxlamamaq daha yaxşıdır.”- o qeyd edib.