http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Tacikistan XİN-ləri arasında görüş olub

02 May 2024 , 20:38
Azərbaycan və Tacikistan XİN-ləri arasında görüş olub

Mayın 2-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.

Siyasi məsələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.

Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparıılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb. 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN Norveçi təbrik edib

Azərbaycan XİN Norveçi təbrik edib

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar

XƏBƏR LENTİ
  • 16:02

    ƏÜO-da bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir - VİDEO
  • 16:01

    Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib  
  • 15:58

    Azərbaycan XİN Norveçi təbrik edib
  • 15:54

    Yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
  • 15:50

    Qəzzada ölən və yaralananların sayı açıqlanıb
  • 15:49

    Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
    Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb
  • 15:46

    Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı 4 aylıq monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib
  • 15:43

    Robert Fitso bu gün daha bir əməliyyat keçirib
Menyu