http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ali Rada nümayəndələri ƏƏSMN-də olub

02 May 2024 , 20:51
Ali Rada nümayəndələri ƏƏSMN-də olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

"Operativ Media" xəbər verir ki, Azərbaycanla Ukrayna arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu əlaqələrin sosial sahəni də əhatə etdiyini vurğulayıb. O, ötən dövrdə sosial müdafiə sahəsində, habelə Nazirliklə Ukraynanın Sosial Siyasət Nazirliyi arasında imzalanmış sənədlərin əlaqələrin inkişafında önəmini qeyd edib.

Tibbi-sosial reabilitasiya sahəsində əməkdaşlıq təcrübəsindən, sosial xidmətlərin təşkili və bu sahədə standartların hazırlanması ilə bağlı aparılmış təcrübə mübadiləsindən bəhs olunub.

Həmçinin son illər Ukraynada müharibədən əziyyət çəkmiş uşaq və gənclərin ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunması sahəsində görülmüş işlər qeyd edilib.

Azərbaycanda aparılan sosial islahatlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının uğurları, əlilliyi olan şəxslərə göstərilən tibbi-sosial reabilitasiya xidmətləri, habelə son nəsil protezlərlə təminat işləri barədə məlumat verilib.

O.Kondratyuk ölkəsi ilə Azərbaycanın əlaqələrinin inkişafından məmnunluğunu, sosial islahatlar prosesində ikitərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüşdə sosial sahədə, həmçinin reabilitasiya sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar

Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar

XƏBƏR LENTİ
  • 14:33

    Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb 
  • 14:31

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 14:19

    Azərbaycan çempionuna veriləcək yeni kubok təqdim olundu
  • 14:15

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
  • 14:11

    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
    Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
  • 14:06

    Füzuli və Ağdamın 28 kəndində daimi yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb
  • 14:01

    İlham Əliyev Tokayevi təbrik edib
    İlham Əliyev Tokayevi təbrik edib
  • 13:54

    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
    Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
Menyu