Menyu

Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Nərmin Qocamanlı
Moskvada Azərbaycan və Rusiya Baş nazirləri müavinlərinin görüşü keçirilib

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti Sədrinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, danışıqlar əsnasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyinə daxil edilmiş ikitərəfli iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinə baxılıb.

Tərəflər iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, maliyyə, səhiyyə, mədəniyyət, elm, regionlararası əməkdaşlıq, təhsil və turizm sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiq ediblər.

Teqlər:

"Moskvada Az\u0259rbaycan v\u0259 Rusiya Ba\u015f nazirl\u0259ri m\u00fcavinl\u0259rinin g\u00f6r\u00fc\u015f\u00fc ke\u00e7irilib"

Əlaqəli Xəbərlər