Menyu

XİN: Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür

XİN: Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür
1 dəq oxu

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.

"Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır", - XİN qeyd edib.

Əlaqəli Xəbərlər