Menyu

Marius Vizer İlham Əliyevi təbrik edib

Nərmin Qocamanlı
Marius Vizer İlham Əliyevi təbrik edib
1 dəq oxu

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm”.

Əlaqəli Xəbərlər