http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB

04 May 2024 , 19:00
Ceyhun Bayramov İƏT sammiti çərçivəsində Hakan Fidanla görüşüb - YENİLƏNİB

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
 
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.
 
Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.

Mövcud geosiyasi reallıqlar fonunda, şərqlə qərb arasında yük daşımalarında Orta dəhlizin əhəmiyyətindən bəhs olunub.
 
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan dövlət komissiyası çərçivəsində əldə edilmiş nəticələr barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

***

16:41

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan görüşüb.

"Operativ Media" xəbər verir ki,bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş Banjulda, İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və İran liderləri görüşəcəklər

Azərbaycan və İran liderləri görüşəcəklər

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 16:19

    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
    Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
  • 16:16

    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB
    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB
  • 15:54

    Keniyada sərnişin avtobusu çaya düşüb; 9 nəfər ölüb, 17 nəfər yaralanıb
  • 15:39

    Türkiyədə hərbi avtomobil aşıb, 11 əsgər yaralanıb
  • 15:35

    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
    Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
  • 15:28

    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
    Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər
  • 15:18

    Bölgələrə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 15:07

    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
Menyu