http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

04 May 2024 , 20:44
NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Azərbaycanının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasının otuzuncu ildönümündə bir sıra siyasətçilər “X” sosial şəbəkəsində paylaşımlar dərc ediblər. 

"Operativ Media" xəbər verir ki, NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina yazır: “Bu illər ərzində biz fəal dialoq və praktiki əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmuşuq. Biz Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim proqramlarına verdiyi töhfəni alqışlayırıq”. 

NATO-nun İctimai Məsələlər və Strateji Əlaqələr üzrə Müşavirinin Ofisi (NATO-PASCAD) öz mikrobloqunda Azərbaycanın Alyans ilə otuzillik əməkdaşlığından qürur duyduğunu qeyd edib. “Tərəfdaşlığımız praktiki əməkdaşlıq və siyasi dialoq yolu ilə Avroatlantika təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır”, - deyə paylaşımda deyilir. 

Öz növbəsində, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” şəbəkəsindəki paylaşımında Azərbaycanın bu proqrama qoşulmasında Ümummilli Lider Heydər Əliyevin rolunu qeyd edərək, 1994-cü il mayın 4-də müvafiq Çərçivə sənədinə məhz Ulu Öndərin imza atdığını xatırladıb.

“Sülh Naminə Tərəfdaşlıq” proqramının prinsip və məqsədlərinə uyğun olaraq, qarşılıqlı maraq doğuran məsələlərin geniş spektri üzrə otuz il ərzindəki səmərəli əməkdaşlıq, həmçinin NATO-nun sülhməramlı missiyalarına və Alyansın üzv və tərəfdaş Avropa dövlətlərinin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələri sayəsində Azərbaycan NATO-nun dəyərli və etibarlı tərəfdaşı kimi tanınıb”, - deyə diplomat vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 13:26

    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
    Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
  • 13:25

    Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
    Prezident İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
  • 13:10

    Azərbaycanda ilk dəfə xizək alpinizmi üzrə Dünya Kuboku keçiriləcək
  • 13:08

    Bakıda usta işlədiyi evlərdən oğurluq etdi (VİDEO)
  • 13:04

    Avrora Qrup "Açıq qapı" elan edir
    Avrora Qrup "Açıq qapı" elan edir
  • 12:22

    Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEO
  • 12:01

    “Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı” keçirilib
  • 11:59

    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
Menyu