http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan və Somali XİN başçıları arasında görüş olub - YENİLƏNİB

04 May 2024 , 21:25
Azərbaycan və Somali XİN başçıları arasında görüş olub - YENİLƏNİB

 

4 may 2024-cü il tarixində nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Somali Federativ Respublikasının Baş nazirinin müavini Salah Ahmed Jama ilə görüşüb.
 
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb. 
 
Görüş zamanı nazir, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələrinin maraqlarının beynəlxalq platformalarda təbliği və Afrika ölkələri ilə əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini qarşı tərəfin diqqətinə çatdırıb.
 
Tərəflər ikitərəfli iqtisadi-ticarət əməkdaşlığı, alternativ enerji, habelə təhsil-humanitar sahədə tərəfdaşlığın inkişafı üçün geniş potensialın olduğunu bildiriblər. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ölkələri üçün müəyyən edilmiş təqaüd proqramında Somalidən tələbələrin iştirakının təqdirəlayiq olduğunu bildirilib. 

Bununla yanaşı, cari ildə ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb. 
 
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

***

21:15

"Qambiya Respublikasına səfərim zamanı Somalinin Baş nazirinin müavini Salah Əhməd Cama ilə görüşməkdən məmnun oldum".

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov "X"də bildirib.

"Biz ikitərəfli əməkdaşlığın, qarşılıqlı səfərlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafının vacibliyini vurğuladıq", - o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 13:04

    Avrora Qrup "Açıq qapı" elan edir
    Avrora Qrup "Açıq qapı" elan edir
  • 12:22

    Azad edilmiş ərazilərdə 37583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib - VİDEO
  • 12:01

    “Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı” keçirilib
  • 11:59

    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
    Vətən Müharibəsi Qəhrəmanı Komandan təyin edildi
  • 11:49

    İspaniya XİN Əfqanıstanda atışma nəticəsində üç vətəndaşının öldüyünü bildirib
  • 11:37

    NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev
  • 11:32

    Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  • 11:16

    Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir
Menyu