http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB

04 May 2024 , 22:46
Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru ilə görüşüb - YENİLƏNİB

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardım proqramları müzakirə edilib.

Nazir Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyi ilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏT çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək, IOFS-nin missiya və proqramlarından bəhs edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***
22:29

Qambiya Respublikasında keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İslam Qida Təhlükəsizliyi Təşkilatının baş direktoru Berik Arın ilə görüşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüşdə islam ölkələrində yaşayış şəraitinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyi problemlərinin həllinə dəstək məqsədilə mümkün əməkdaşlıq müzakirə edilib.

Nazir, həmçinin Azərbaycanın humanitar yardım planları və proqramları barədə IOFS-in baş direktorunu məlumatlandırıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və İran liderləri görüşəcəklər

Azərbaycan və İran liderləri görüşəcəklər

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

NATO istəyir ki, bütün Ukrayna Rusiyanın nəzarətinə keçsin - Medvedev

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 15:07

    “AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib
  • 15:01

    Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
  • 14:41

    İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub
    İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub
  • 14:36

    Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib
  • 14:28

    Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
  • 14:23

    Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir
  • 14:17

    Prezident və birinci xanım Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
    Prezident və birinci xanım  Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
  • 14:13

    Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb
Menyu